#dizayn, #veb dizayn, #qrafik dizayn, #brendinq, #korparativ kimlik, #loqo, #flyer, #marketinq, #marketinq plan, #media, #media planlama, #promosyon, #reklam

 
 

Eymur boyu, Oğuz Xan Dastanına görə Oğuzların 24 boyundan biridir, Kaşğarlı Mahmuda görə isə Divân-ı Lügati't-Türk'dəki iyirmi iki Oğuz bölüyündən on birincisi "Eymur"lardır. İşarələri budur:   Eymur adı Oğuz Xanın oğullarından olan üçoxlardan Dağ Xanın oğlu Eymurdan gəlmişdir. Ehtimal olunur ki, 1071'dən 500 il öncə Anadoluya ilk gələn Oğuz boyunun Eymur olmuşdur,  bu məzar daşları və tarixi abidələrdə öz əksini tapmışdır. "Eymur" kəliməsi yaxşı vəziyyətdə, imkanlı mənasında istifadə edilmişdir. Anadoluda birçox yaşayış yerlərinin adı bu boydan götürülmüşdür. Ağdaş rayonu ərazisində Eymur kəndi yerləşir. Kür çayının sahilində, Şirvan düzündədir. Kəndin adı türkdilli Eymur tayfasının adı ilə bağlıdır. Eymurlar və ya emirlər/imirlər XII əsrdə səlcuq yürüşlərində fəal iştirak etmiş, Səfəvilər dövlətinin ictimai və siyasi həyatında müəyyən rol oynamışdırlar.